"Avropa Parlamenti səhv etdiyinin fərqindədir" AÇIQLAMA

"Avropa Parlamenti səhv etdiyinin fərqindədir" AÇIQLAMA

"Avropa Parlamenti səhv etdiyinin fərqindədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkili bildirib ki, BMT-nin və başqa Avropa təşkilatlarının verdiyi qərarlar mütləq həmin qurumların birgə qərarı kimi qəbul olunmamalıdır: "Bundan əvvəl də Azərbaycanla qarşı qərəzli qərar qəbul edilmişdi və bu qərarın qəbul olunmasında bir çox deputat iştirak etmişdi. Bunlar sadəcə Azərbaycana düşmən olan mühitlərin və erməni lobbisinin işi kimi qəbul edilə bilər. Təbii ki, sonradan onlar ölkələrini və Avropa təsisatlarını pis vəziyyətdə qoyduqlarının fərqinə vardılar və bununla da öz qərarlarını danmağa başladılar".

Fərəc Quliyev bildirib ki, Azərbaycanla Avropa Parlamenti arasında vəziyyət heç vaxt gərginləşməyəcək: "Azərbaycanın mövqeyi göz qabağındadır. Biz indiki halda görürük ki, Avropa Parlamenti səhv etdiyinin fərqindədir və buna görə də qərarlarını geri almaq məcburiyyətində qalıblar".

Qeyd edək ki, bir müddət bundan öncə Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə qəbul olunmuş lakin sonradan Avropa Parlamentindən olan bir çox deputat tərəfindən həmin qətnamə təkzib edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə