Deputat: “Həmsədrlərin dedikləri boş ümidlərdir” AÇIQLAMA

Deputat: “Həmsədrlərin dedikləri boş ümidlərdir” AÇIQLAMA

"Ümumiyyətlə mən ATƏT-in Minsk qrupu həmsədrlərinə heç bir ümid bəsləmirəm". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva deyib.

Deputatın sözlərinə görə, həmsədrlərin 25 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün hüquqi əsasları var: "Bu gün dünyada şahidi olduğumuz hadisələr, onlara qarşı atılan addımlar göstərir ki, harada maraq varsa orada həm beynəlxalq hüquqi işlətməyə bir bəhanə tapılır, həm də lazım olanda heç bir hüquq pozuntularına fikir verilmir. Ümidimiz yalnız Azərbaycan Prezidenti İlham Əliyevin apardığı balanslaşdırılmış siyasətin nəticəsi olaraq danışıqlarda hansısa dəstəyin alınmasındadır. Minsk qrupunun heç bir fəaliyyəti gözəçarpır. Onların dedikləri yalnız boş ümidlərdir".

A.Mustafayeva əlavə edib ki, Minsk qrupu formal qurumdur: "Onlar hələ də ezamiyyət pullarını xərcləməklə məşğuldurlar. Biz neçə illərdir görürük ki, Minsk qrupunun fəaliyyətində heç bir effektli irəliləyiş yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində (ikitərəfli münasibətlərin inkişafına yönəlmiş səylər) xeyli iş görür. Hesab edirəm ki, bu səylərin nəticəsində ABŞ, Rusiya və Fransanın dövlət başçılarının siyasi iradəsi olarsa, bu zaman münaqişənin həll olunması istiqamətində hansısa nəticəyə nail olmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə