Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistan torpağı olduğunu bəyan edib. SİA-nın "Sputniknews"-a istinadən verdiyi məlumata görə, Sarkisyan bu sözləri qondarma erməni soyqırımının 100 illiyinə həsr edilmiş tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının iclasında bildirib.
O, Dağlıq Qarabağın ətrafındakı 7 rayonun da Ermənistana aid olduğunu iddia edib.
Sarkisyan bildirib ki, dünya üzrə ərazisində ən çox hərbi hissə olan Dağlıq Qarabağ Ermənistan torpağıdır. Bununla da Sarkisyan ilk dəfə münaqişəli Dağlıq Qarabağ torpağının ermənilər tərəfindən hərbi yolla işğal olunduğunu etiraf etmiş olub.
Dövlət başçısı bu günə qədər çıxışlarının hər birində Dağlıq Qarabağı müstəqil bir region kimi səciyyələndirib və region sakinlərinin öz iradəsi ilə Azərbaycandan ayrıldığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB