Ukraynanın sərhəd xidmətinin əməkdaşları "Borispol" Hava Limanında terrorçuluqda ittiham olunan İnterpol xətti ilə axtarışa verilən Azərbaycan vətəndaşını saxlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu vətəndaş dəfələrlə 93 kiloqramdan yuxarı çəki dərəcəsində tamkontaktlı əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin qalibi olub.
İdarədən saxlanılan şəxsin adı açıqlanmayıb. Lakin qeyd olunub ki, o müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyini müvafiq bölməsinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB