Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etiraz aksiyasına başlayıb. SİA-nın məlumatına görə,YAP Gənclər Birliyinin üzvləri Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə və həmin qurumun anti-Azərbaycan üzvlərinə qarşı bir sıra sosial şəbəkələrdə birbaşa onların ünvanlarına etiraz məktubları göndərməyə başlayıblar. Məktublarda Azərbaycana qarşı düzgün mövqenin seçilməsi, qısqanclığa son qoyulması, insan hüquqları müdafiəçilərinin Azərbaycanın 1 milyondan artıq qaçqınlarının hüquqlarını müdafiə etməsi və bu kimi digər çağırışlar öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB