Bu gün Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, INCU-nun prezidenti, professor Devid Uiddouson, Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") konfransının iştirakçıları iştirak edib.
INCU-nun prezidenti, professor Devid Uiddouson jurnalistlərə açıqlamasında bildirib ki, onlar Bakıda olmaqdan və bu ofisin açılışında iştirakdan çox məmnundurlar: "INCU artıq 10 ildir ki, fəaliyyət göstərir. Bu şəbəkənin məqsədi gömrük sahəsində akademik bilikləri artırmaqdır. Gömrük və sərhəd məsələləri ilə maraqlanan 200-dən artıq üzvümüz var. Artıq bir neçə ildir ki, Avropada regional ofisi təsis etməyi fikirləşirik. Bir neçə gömrük administrasiyası ilə danışıqlardan sonra qərara aldıq ki, gömrük təhsilinə ən çox önəm verən administrasiyalardan biri elə məhz Azərbaycan gömrüyüdür. Mən artıq bu ildə bir neçə dəfədir ki, Azərbaycanda oluram. Azərbaycanın mədəniyyətə, təhsilə sahəsinə necə böyük önəm göstərdiyinin şahidi oldum. Bizə yaratdığı bu şəraitə görə, DGK-ya təşəkkürümü bildirirəm".
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə diqqətə çatdırıb ki, INCU-nun üzvləri alimlər, dünyada tanınan gömrük əməkdaşları, həmçinin qurum üzvləri tanınmş universtlərin nümayəndələridir: "Qurumun bəzi nümayəndələri ötən gün PICARD konfransında da iştirak ediblər. Bu qurum bu ilin fevral ayında 10 illiyini qeyd edib. INCU 2005-ci ildə professor Devid Uiddousonun təşəbbüskarlığı ilə təsis olunub. 2006-cı ildə Ümumdünya Gömrük Təşkilatı ilə müəyyən sənədlər imzalayıblar. Təşkilatın əsas məqsədi gömrük sahəsində aparılan araşdırmalar, innovasiyalarla bağlı şəbəkədir".
Müəyyən kolleclərdə və texnikumlarda gömrük işi sahəsində olan ixtisasla bağlı məsələ barəsində da danışan DGK sədri əlavə edib ki, Azərbaycanda artıq Gömrük Akademiyası təsis olunub: "Akademiyadan işə qəbulun qaydaları var. Bu, ölkə Prezidenti İlham Əliyev tərəfindən gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə əsasən tənzimlənir. Qəbul qaydalarına əsasən 30 yaşına qədər və ali təhsilə malik olan insanlar testdən keçib orada çalışa bilərlər".
Daha sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisində yaradılan şəraitlə yaxından tanışlıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB