Musa Qasımlı: "Ermənilər qul psixologiyası ilə yaşamağa öyrəniblər" AÇIQLAMA
"Serj Sarkisyan Rusiyaya səfəri zamanı hiyləgərliklə manevr edərək kredit almaqla Ermənistandakı narazılığı qismən zəiflətmək istəyir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya səfərini şərh edərkən deyib.
Millət vəkili bildirib ki, müstəqil olmayan Ermənistan başçısının Rusiyaya səfərinin görünən tərəfi buraya satılan neft və qazın qiymətinin aşağı salınması və 200 milyon dollar kreditin verilməsi oldu: "Ermənistanda elektrik enerjisinin qiymətlərinin artması ilə bağlı yaranan etirazlar, hakimiyyət əleyhinə genişlənən çıxışlar Rusiyanın maraqlarına uyğun deyildi. Bu hadisələr Ermənistanda Qərbin mövqelərini gücləndirə bilərdi. Ermənistan müstəqil deyil, Rusiyanın bir vilayəti səviyyəsində, bəlkə də ondan daha aşağı olduğundan Kreml Sarkisyan rejimini qoruyur. Bunu yaxşı bilən Sarkisyan hiyləgərliklə manevr edərək, səfəri zamanı qiymətləri aşağı salmaqla və kredit almaqla Ermənistandakı narazılığı qismən zəiflədə biləcək. Lakin bu, daimi olmayacaq. Ermənistanda ümumi böhran daha da dərinləşəcək".
Musa Qasımlı bildirib ki, Sarkisyanın bu addımı Ermənistanı daha dərin müstəmləkəçilik girdabına saldı: "Qum üzərində qurulmuş bir dövlət heç bir zaman şimalın müstəmləkəçilik siyasətindən qurtara bilməyəcək və bir dövlət kimi onun gələcəyi olmayacaq. Bu səfər çarizm sənədlərində yazılanları bir daha təsdiq etdi. Erməni ünsürü özünü idarə etmək qabiliyyətində olan şəxsləri yetişdirməyə qadir deyil. Onlar özlərinə xas olan qul psixologiyası ilə daim başqalarının ianələri hesabına yaşamağa öyrəniblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB