Sentyabrın 8-dən 10-dək Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") konfransı keçiriləcək. SİA-nın məlumatına görə, konfrans iştirakçıları bu gün Fəxri Xiyabanda Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.
İştirakçılar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Qeyd edək ki, "Gülüstan" sarayında təşkil olunacaq konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edəcək. Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Almaniya Federativ Respublikasının Münster Universitetinin Gömrük və Aksiz Departamenti arasında elm və təhsil sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanacaq. Sonra Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Kinoloji Təlim Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək və MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə V yarışına start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB