Bahar Muradova: "Münaqişənin müzakirə olunmadığı bir gün belə yoxdur"
"Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmadığı bir gün belə yoxdur". Bu sözləri SİA-ya Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Parlament Assmbleyasının payız sessiyasında qaldırılması ilə bağlı danışarkən deyib.
ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağla bağlı qətnamə qəbul olunduğunu xatırladan B.Muradova vurğulayıb ki, bu sənəd bəzi vəzifələri müəyyən edir: "Bu vəzifələr ATƏT-in sammitində qəbul olmuş qərarlara, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərə, verdiyi bəyanatlara əsaslandırılır və beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə uyğun şəkildə məsələnin həllinin vacibliyini vurğulayır. Bu qətnamə təkcə Dağlıq Qarabağı deyil, ümumiyyətlə ATƏT regionunda olan bütün münaqişəli vəziyyətləri əhatə edir. Ona görə də, bu sənəd özü-özlüyündə çox güclü bir sənəddir".
Vitse-spiker qeyd edib ki, hazırda gündəmdə həmin məsələlərin yerinə yetirilməsi durur: "Əslinə qalsa heç bir sənədə və ya əlavə qətnamənin qəbuluna ehtiyac yoxdur. Çünki, beynəlxalq hüquq prinsipləri var və onlara uyğun olaraq Ermənistan Azərbaycan ərazisini tərk etməli və qoşunlarını buradan çıxarmalıdır. Geriyə bir sual qalır. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri, BMT və digər təşkilatlar öz qəbul etdikləri sənədlərə uyğun olaraq Ermənistanı müəyyən addım atmağa vadar edə biləcəklər ya yox? Biz Ermənistanın bu sənədlərdə olan tələblərə əməl etməsini təkid edirik. Ermənistanı müəyyən addım atmağa vadar etmək üçün ona qarşı sanksiyalar irəli sürülməlidir. Düşmən ölkə beynəlxalq izolyasiyaya alınmalıdır. Ermənistan ciddi iqtisadi sanksiyalar nəticəsində təcavüzkar siyasətindən əl çəkə bilər. Lakin o hazırda ancaq dəstək görür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB