Davudoğlunun nazirlik təklif etdiyi müxalifətçilərin SİYAHISI

Davudoğlunun nazirlik təklif etdiyi müxalifətçilərin SİYAHISI

Türkiyə baş naziri Əhməd Davudoğlu müvəqqəti hökumətdə yer alacaq nazirlərə təklif göndərib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müvəqqəti Nazirlər Kabinetini qurmaq üçün vəzifələndirilən Əhməd Davudoğlunun CHP-dən 5, MHP və HDP-dən isə 3 millət vəkilinə məktub göndərərək nazirlik təklif etdiyi bildirilir. Baş nazirlikdən verilən məlumata görə, Baş nazir Davudoğlunun imzası ilə göndərilən məktubda adlar belədir:

CHP- İstanbul millət vəkili Ərdoğan Torpaq, Ankara Millət vəkili Ayşə Gülsün Bilgəhan, İstanbul Millət vəkili İlhan Kəsici, Antalya millət vəkili Dəniz Baykal, Ankara Millət vəkili Təkin Bingöl.

MHP- İzmir Millət vəkili Əhməd Kənan Tanrıqulu, Ankara Millət vəkili Tuğrul Türkəş, İstanbul Millət vəkili Məral Akşənər.

HDP- İstanbul Millət vəkili Abdullah Ləvənt Tüzel, İzmir Millət vəkili Müslüm Doğan, Kocaeli Millət vəkili Əli Heydər Konca.

Qeyd edək ki, millət vəkilləri partiyalarının qərarı ilə təklifi qəbul edərsə, müvəqqəti Nazirlər Kabinetində onlara veriləcək nazirliklərə yeni hökumət qurulana qədər rəhbərlik edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə