"Emin Millinin səsləndirdiyi fikirlər əxlaqsızlığın son həddidir" AÇIQLAMA

"Emin Millinin səsləndirdiyi fikirlər əxlaqsızlığın son həddidir" AÇIQLAMA

"Meydan TV və onun rəhbəri Emin Millinin Əbülfəz Elçibəy haqda səsləndirdikləri fikirlər tərbiyəsizliyin, mənəviyyatsızlığın və əxlaqsızlığın son həddidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu bilavasitə Əli Kərimli, onun ətrafında olan insanların və onunla eyni mənbədən qidalanan şəxslərin Elçibəyə qarşı olan nifrətindən qaynaqlanır: "Bu münasibət hər zaman özünü büruzə verib. Əli Kərimli, Xədicə İsmayıl və digər şəxslər Əbülfəz Elçibəyin sağlığında belə onun ünvanına ən kəskin təhqirləri və ittihamları yağdırırdılar. Hətta bu günə qədər insanlıq tarixində görülməmiş bir kompaniya apararaq onun əleyhinə xəstəliyi ilə bağlı yanlış informasiyalar yazmaqla, təhqiramiz fikirlər səsləndirməklə Elçibəyi gözdən salmağa çalışırdılar. Elçibəy sağlığında da Əli Kərimlinin öz siyasətini yürütməsinə mane olurdu. Elçibəy dünyasını dəyişəndən sonra da onu irsi Əli Kərimlini narahat etməyə davam edirdi. Əli Kərimli və digərlərinin AXCP-nin adından fikir səsləndirməyə mənəvi haqqı yoxdur".

E.Mirzəbəyli bu fikirlərin dünyasını dəyişmiş bir şəxs haqqında deyilməsini isə mənəviyyatsızlıq adlandırıb: "Dünyasını dəyişmiş, həm də vaxtilə onların lideri olmuş bir şəxsin arxasınca bu cür fikirlər səsləndirmək tərbiyəsizliyin, mənəviyyatsızlığın və əxlaqsızlığın son həddidir. Bu insanların əksəriyyəti onun kölgəsində böyüyüblər. Onun kölgəsində siyasətə gəliblər. Onlar liderlərinə qarşı bu fikirləri səsləndiriblər. Bu sadəcə həmin insanların mənəvi göstəricisini ortaya qoyur".

Bütün xəbərlər Facebook səhifəmizdə