Parlament seçkilərinə hazırlıq davam edir

Parlament seçkilərinə hazırlıq davam edir

YAP Pirallahı rayon təşkilatında cari ilin noyabr ayında keçiriləcək növbəti parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüləcək namizədlərin müdafiəsi üçün imza toplayacaq partiya fəalları ilə treninq keçirilib. Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Manaf Manafov əvvəlcə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı görülən işlər haqqında məlumat verib.

Bildirildi ki, Prezident İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqqında Sərəncamı imzaladıqdan, YAP tərəfindən irəli sürüləcək namizədlər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq və bundan sonra qanuna müvafiq olaraq, namizədlərin imzatoplama kampaniyasına start veriləcək. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və Dairə Seçki Komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat"a uyğun həyata keçiriləcək mərhələdə imza toplayacaq partiya fəallarının üzərinə böyük məsuliyyət düşdüyünü deyən M.Manafov qeyd etdi ki, digər seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da qısa bir vaxtda və müvafiq sayda imzalar toplanaraq təhvil verilməlidir. Bu sahədə partiya fəallarının zəngin təcrübəsinin olduğunu da bildirən M.Manafov qeyd etdi ki, Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan şəxslərin hüquq və vəzifələri, kimlərin imza toplaya biləcəyi, onların hansı qaydalara əməl etmələri aydın göstərilib, YAP tərəfindən imza toplayacaq şəxslərin istifadə etməsi üçün həmin təlimatlardan çıxarışlar hazırlanıb. "Bunlar, bir növ, imza toplayacaq fəallar üçün yaddaş kitabçaları, fəaliyyət istiqamətləridir" söyləyən M.Manafov bildirdi ki, qanunvericilikdə və Mərkəzi Seçki Komissiyasının təlimatlarında nəzərdə tutulan məsələlər orada əksini tapıb: "Treninqin keçirilməsində məqsəd də bu məsələləri diqqətə çatdırmaq və onlara əməl etməkdir".

Daha sonra məsələ ilə bağlı müzakirələr aparıldı, imza toplayacaq fəalları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə