Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Xəzər dənizində keçən həftə itkin düşmüş balıqçılarla bağlı məsələyə münasibət bildirib. SİA-nın xəbərinə görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, itkin düşmüş balıqçılarlarla əlaqədar Azərbaycanın İrandakı səfirliyi bu ölkənin XİN-nə müraciət edib.
"XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi itkin düşmüş balıqçılarla əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Məsələ səfirliyin nəzarətindədir" - deyə, H.Hacıyev qeyd edib.
Qeyd edək ki, ötən həftə Neftçaladan balıq tutmaq üçün Xəzər dənizinə çıxmış 4 balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB