İqbal Ağazadə: "70-ə yaxın partiya namizədinin adını açıqlamışıq" AÇIQLAMA

İqbal Ağazadə: "70-ə yaxın partiya namizədinin adını açıqlamışıq" AÇIQLAMA
""Ümid" partiyasında seçkilərə hazırlıq prosesi gedir". Bu barədə SİA-ya "Ümid" partiyasının sədri İqbal Ağazadə məlumat verib.

"Artıq dairələr üzrə 70-ə yaxın partiya namizədinin adını açıqlamışıq. Hazırda 11 dairə üzrə işləyirik. Ümumilikdə 85-90 nəfərin namizədliyinin irəli sürülməsi nəzərdə tutulub"- deyə, partiya sədri bildirib.

İ. Ağazadə "Ümid" partiyasının Azərbaycan Demokratik Partiyası (ADP) ilə eyni blokda fəaliyyət göstərəcəyi ilə bağlı məlumatı da təsdiqləyib: "Bəli, biz artıq eyni siyasi blokda fəliyyət göstəririk. Ola bilsin ki, "Qarabağ" bloku seçki bloku kimi də fəaliyyət göstərsin. Hazırda danışıqlar gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə