"Hesab edirəm ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı o şəxslər, siyasi qruplaşmalar danışa bilərlər ki, onların arxasında müəyyən elektorat olsun". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Əli Kərimlinin parlament seçkilərini boykot etməsi çağırışına münasibət bildirərkən deyib.
Baş redaktorun sözlərinə görə, Azərbaycanın siyasi sisteminə ümumiyyətlə dəxli olmayan və o siyasi dinamizlərin hərəkəti baxımından istiqamətverici rola malik olmayan birinin digəri haqqında mülahizələri ancaq onun özünün eşitdiyi bir şey ola bilər: "Ona görə də Kərimlinin parlament seçkilərini boykot etməsi çağırışı Azərbaycan siyasi sisteminə, siyasi reallığına heç bir təsiri olmayacaq. Yəqin ki, bu da növbəti bir sifarişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB