Elman Məmmədov: “Prezident Azərbaycan xalqının mövqeyini birmənalı olaraq ifadə edir” AÇIQLAMA
"Cənab Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində söylədiyi hər bir fikirdə Azərbaycan xalqının mövqeyini bir mənalı olaraq ifadə edir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, ölkə başçısı həm daxili, həm də beynəlxalq tədbirlərdə, görüşlərdə dəfələrlə deyib ki, Azərbaycan müharibə tərəfdarı deyil: "Rəsmi Bakı istəyir ki, münaqişənin həlli sülh yolu ilə ədalətli qaydada həll olunsun. Sülh yolu ilə ədalətli həll olunma ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Azərbaycanın ərazi bütövlüyü, ölkə qanunları çərçivəsində, eləcə də Azərbaycanın tərkibində, tabeliyində bundan sonra Dağlıq Qarabağa hansı statusun verilib-verilməməsi sonranın işidir. Məsələ bundan gedir. Artıq uzun illərdir ki, Ermənistan konstruktiv mövqe göstərmir".
E.Məmmədov əlavə edib ki, rəsmi İrəvan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir: "Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü öz yurdlarından didərgin düşüb. Bəs belə olan təqdirdə Azərbaycan nə etməlidir? Azərbaycan öz torpaqlarını işğalçılardan, separatçılardan, cinayətkarlardan, terrorçulardan təmizləməlidir. Biz işğala son qoymağın birinci yolunu sülh danışıqlarında görürük. Ancaq bu sülh danışıları bir nəticə verməyəndən sonra Azərbaycan hərbi güc tətbiq edib ərazilərini işğalçılardan azad etməlidir. Bu hər an, hər gün aktual, qüvvədə olan bir fikirdir. Qoy bu işğalı Ermənistan da bilsin, ona havadarlıq, himayə edən dövlətlər də bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB