Çin Türkiyə münasibətlərində UYĞUR PROBLEMİ

Çin Türkiyə münasibətlərində UYĞUR PROBLEMİ

Rəsmi Pekin çinli vətəndaşlarının Türkiyəyə getməmələri üçün çağırış edib. SİA "al jazeera"ya istinadən xəbər verir ki, Çin tərəfinin belə bir çağırış etməsi Türkiyədə bu ölkəyə qarşı kütləvi etiraz aksiyalarının keçirilməsi ilə bağlıdır.

Hətta Çinin xarici işlər naizirliyinin rəsmi saytında qeyd olunur ki, artıq Türkiyədə Çin əleyhinə bir neçə nümayiş və kütkləvi mütinq-alsiyalar keçirilib.

Qeyd edək ki, Türkiyənin dini işlər naizirliyi bəyan etmişdi ki, Ramazan ayında müsəlmanların müvafiq dini ayinləri icra etmələrinin və oruc saxlamalarının Çin hökuməti tərəfindən qarşısının alınması qərarı bütün dünya müsəlmanlarına qarşı çıxarılmış yanlış qərardır. Türkiyənin dini işlər nazirliyinin bu kimi bəyanatla çıxış etməsinə səbəb isə Çin hökumətinin ölkənin Qərb vilayətində yerləşən Sinsyanda müsəlman uyğurlara Ramazan ayında oruc tutmalarını, eləcə də Həcc ziyarətinə getmələrini qadağan edən göstərişin verilməsidir.

Nəticədə uyğurlar onlara qarşı zor tədbiq edən Çin polisindən qaçaraq, Türkiyəyə sığınıblar. Belə ki, ötən həftənin cümə günündən başlayaraq, Türkiyə hökuməti bəyan edir ki, onların qapıları Çindən gələn hər bir uyğur türkü üçün açıqdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə