Ermənistanda vəziyyət gərginləşir FOTOLAR

Ermənistanda vəziyyət gərginləşir FOTOLAR

Ermənistanda artan elektrik qiymətlərinə etiraz edən minlərlə insan yenidən aksiyalara başlayıb. SİA xəbər verir ki, dünən səhər saatlarında polis tərəfindən 237 nümayişçi nəzarətə götürülüb. Gecəyarısı nümayişçilər yenidən prezident sarayına doğru irəliləyərək, tutulan adamların sərbəst buraxılması və elektrik qiymətlərinin aşağı salınması tələbi ilə çıxış ediblər. Polis saraya doğru gedən kütlənin qarşısını Bagramyan prospektində almağa çalışıb.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bir qrup nümayişçi ilə görüşmək istəsə də, rədd edilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə