Əli Həsənov: “Münaqişənin həllində müsbət addımlar atılmayana qədər ədalətdən söhbət gedə bilməz” AÇIQLAMA
"Dağlıq Qarabağ əhalisi erməni separatçılarının girovuna çevrilib. Bununla yanaşı, bir milyondan çox azərbaycanlı öz yurd yuvalarından çıxarılıb, torpaqları işğala məruz qalıb". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai - siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yerli və xarici jurnalistlərin suallarını cavablandırarkən deyib.
Əli Həsənov vurğulayıb ki, faktiki olaraq Ermənistan tərəfi beynəlxalq təşkilatların qərarlarına əməl etmir: "Buna BMT- nin dörd qətnaməsini misal göstərə bilərik. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların təkliflərini hər zaman dəyərləndirməyə çalışıb. Münaqişənin həllində müsbət addımlar atılmayana qədər heç bir ədalətdən söhbət gedə bilməz".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB