"Azərbaycanda keçirilən İlk Avropa Oyunları dövlətlərarası dostluğun təntənəsi olacaq. İdman hər zaman ölkələri birləşdirir. İstər dost, istərsə də düşmən ölkələr idman tədbirlərində bir araya gəlirlər. Bu baxımdan da ölkəmizə qarşı aparılan bütün qarayaxma kampaniyaları heç bir nəticə verməyəcək". SİA xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov yerli və xarici jurnalistlərin I Avropa Oyunları ilə bağlı suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, dəfələrlə oyunların boykot edilməsi ilə bağlı bəzi qərəzli çıxışlar olsa da, hazırda həmin ölkələrin nümayəndə heyəti idmançıları ilə birgə Azərbaycana təşrif buyurub: "Bu da o deməkdir ki, bəzi təşkilatlar öz məqsədləri üçün tanınmış hökumət və dövlət rəsmilərinin adından tamamilə səhv fikirlər səsləndiriblər. Bütün hallarda biz bunlara öz etirazımızı bildirmişik. Əsas məqsədimiz dövlətlərlə münasibətlərimizi korlamaq deyil, Azərbaycanın rolunu və yerini dünyada möhkəmləndirərək yeni hədəflərə doğru irəliləməkdir. Sağlam gənclik yetişdirməklə daha böyük uğurlara imza atmağı düşünürük".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB