“Eurovision” bukmeykerləri: “Ermənistanın layihəsi uğursuz və maraqsızdır” PROQNOZ

“Eurovision” bukmeykerləri: “Ermənistanın layihəsi uğursuz və maraqsızdır” PROQNOZ

Artıq "Eurovision-2015" beynəlxalq mahnı müsabiqəsinin keçirilməsinə və qalibin müəyyən olunmasına sayılı günlər qalıb. SİA "Eurovision" bukmeykerlərinin saytına istinadən xəbər verir ki, müsabiqədə iştirak edəcək ölkələrin adları müəyyənləşdirilib və bir sıra proqnozlar irəli sürülüb. Belə ki, hazırkı məqamda İtaliyanın "II Volo" qrupu liderlik edir. Bu qrupun klipinə "youtube"də 24 623 221 nəfər baxıb. Ehtimal olunan qaliblər sırasına rusiyalı müğənni Polina Qaqarinanın oxuduğu "A million voices" mahnısı da daxildir.

Lakin bukmeykerlər Ermənistanı ehtimal olunan qaliblər sırasına daxil etməyiblər. Hətta verilən proqnozlarda Ermənistanın budəfəki layihəsi kifayət qədər uğursuz və maraqsız adlandırılıb.

Qeyd edək ki, "William Hill" bukmeyker kontoru "Eurovision-2015" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Elnur Hüseynovun yüksək yer tutacağını proqnozlaşdırır. "William Hill" bukmeykerləri həmçinin hesab edir ki, E. Hüseynov çıxış edəcəyi ikinci yarımfinalda ikinci yer tuta bilər. Onun yarımfinalda qalib gəlmək şansı 7-nin 1-ə nisbətində qiymətləndirilir.

Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsi bu il Vyana şəhərində keçiriləcək. Elnur Hüseynov "Hour of the wolf" mahnısı ilə çıxış edəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə