"Türkiyə Avropa İttifaqı ilə asossasiya sazişini 1963-cü ilin sentyabrnda imzalayıb. 1965-ci ildə isə imzalanan sənəd qüvvəyə minib. Bundan 40 il sonra, 2005-ci ildə yenə də bu saziş təkrarlanır, danışıqlar gedir". SİA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib.
V. Ələsgərov qeyd edib ki, bu müddət ərzində Aİ-yə Türkiyədən bütün parametrlərdə geri qalan xristian ölkəsi qəbul edilib: "Türkiyə isə yaxın buraxılmır və buraxılmayacaq da! NATO-da Türkiyənin sevimli tərəfdaşdır. Çünki, burada söhbət təhlükəsizlikdən gedir. Aİ ilə əməkdaşlığa gəlincə isə Türkiyə yararsız olur. Bunun bir səbəbi türk və müsəlman olmağıdır. Başqa səbəbi də yoxdur".
"Azərbaycana gəlincə isə başqa səbəblər var. Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Ona görə də Azərbaycanla danışmaq çox çətindir. Biz tələb edirik ki, bizimlə bərabər tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul etmirik. Çünki, ehtiyacımız yoxdur. Bəziləri deyir ki, Azərbaycan Aİ ilə assosasiya sazişinə girmək istəmir. Düzdür. Heç girə də bilməz. Girməməlidir. Birinci gündən Azərbaycanın tələbi olub ki, respublikamızın ərazi bütövlüyü tanınmalıdır və bu sazişin təməli olmalıdır. Buna isə getmirlər. Azərbaycan tərəfi olaraq kimsə bu sazişə girə bilərmi? Yox. Mümkün deyil. Ona görə də Azərbaycan bu sazişə girə bilməz" – deyə, vitse-spiker vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB