"Ölkəmizə qarşı ölkədən kənarda formalaşan anti-Azərbaycan koalisiyasında Azərbaycandan olan anti-milli qüvvələr də yer alır". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Onun sözlərinə görə, anti-Azərbaycan koalisiyası Azərbaycan dövlətinə qarşı bütün təhdidlərini, təzyiqlərini, planlarını o zaman həyata keçirə bilərlər ki, daxildəki satqın qüvvələr prosesdə iştirak etsin və onların maliyyəsi ilə qarşıdurma yaratsın: "Azərbaycan daxilində anti-milli qüvvə rolunu "Milli Şura" və bu qurumun çətiri altında AXCP oynayır. Bu, bütün tərəfləri ilə özünü göstərir. Azərbaycana qarşı qarayaxmalar, böhtan xarakterli yazılar dərc olunan kimi bu, dərhal AXCP vasitəsi ilə sosial şəbəkələrə ötürülür, himayələrində olan mətbu orqanlar vasitəsi ilə gündəliyə gətirilir. Beləliklə də daxildəki anti-milli qüvvələr, anti-Azərbaycan qüvvələri ilə bərabər Azərbaycan dövlətinə qarşı öz xəyanətlərini ortalığa qoymaqdadırlar".
F. Ağamalı hesab edir ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək gücündə deyil: "Daxildəki anti-milli qüvvələrin Azərbaycanda sosial dayaqları yoxdur. Onların bu çağırışlarına xalq getmir. Nə qədər mitinq keçirsələr belə, Azərbaycan xalqı "Milli Şura"nı, arxasında dayanan qüvvəni qətiyyən dəstəkləmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB