"Youth to Business" forumu həyata keçirilib FOTOLAR

"Youth to Business" forumu həyata keçirilib FOTOLAR

AIESEC Azərbaycan təşkilatı Azərfon MMC-nin dəstəyi ilə növbəti "Youth to Business" forumunu həyata keçirib. SİA-nın məlumatına görə, gənclər üçün ən böyük biznesyönümlü layihələrdən biri olan "Youth to Business" forumu AIESEC Azərbaycan təşkilatı tərəfindən həyata keçirilib. "Youth to Business" forumu dünya üzrə 50-dən çox ölkədə keçirilən beynəlxalq layihələrdən biridir və gəncləri korperativ dünya ilə əlaqələndirməyi hədəfləyir. Forumun əsas məqsədi iştirakçıları kitablardan yiyələnə bilməyəcəkləri biznes sirrləri və uğur hekayələri ilə tanış etməkdir.

18 təlim, 3 müxtəlif təlim mövzusu ilə "Youth to Business" forumu 200 Azərbaycanlı gənci bir araya gətirdi. Bu il forumun mövzuları Strateji Marketinq, Biznes İnnovasiyaları və Sahibkarlıq oldu. Forumun təlimçiləri Nigar Arpadarai, Bəhram Qurbanov, Sona Abbasova, Umut Çağatay, Anar Bayramov kimi uğurlu simalar təlimlər keçmiş və öz təcrübələrini iştirakçılar ilə bölüşüblər.

Həmçinin forumda Gənclər və İdman Nazirliyinin, Azərfon MMC-nin, GRBS şirkətlər qrupunun, Golden Pay şirkətinin, Paşa Bankın, Yüksək Texnologiyalar Parkının və Azgranata MMC-nin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə