"Ümumiyyətlə xain xoflu olar. Ona görə də Ermənistan hər şeydən narahatdır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Moskvada Rusiya-Azərbaycan birgə hərbi paradının keçirilməsindən Ermənistanın ciddi narahatçılıq duymasına münasibət bildirərkən deyib.
QAT sədrinin sözlərinə görə, rəsmi İrəvanın əsas narahatçılığı odur ki, indiyədək ona yeganə dayaq olan Rusiya onun arxasından çəkilsin: "Təbii ki, bunun da müəyyən əlamətləri var. Rusiya özü də real siyasətə keçməyə cəhdlər göstərir. Yəni onlar regionda Azərbaycanın gücü ilə hesablaşırlar və ölkəmizlə müttəfiqliyə daha çox üstünlük verirlər. Ona görə də hər bir hadisə ortaya çıxanda Rusiya Azərbaycan və Ermənistan arasında seçim edəcək. Hətta erməni mətbuatının özündə də bu gün Rusiyanın Ermənistanı satması və Azərbaycana üstünlük verməsi ilə bağlı yazılar dərc olunur. Bu gün Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB