Aydın Quliyev: “Ermənilər qələbədən daha çox itkilərə məruz qaldı” AÇIQLAMA
"Əgər ermənilər 20-30 il əvvəl bilsəydilər ki, qondarma erməni "soyqırımı" ilə bağlı onların hazırlıqları heç də gözlədikləri kimi uğurlu nəticə verməyəcək, o zaman bəlkə də uydurma soyıqırımı ilə bağlı bu qədər hay-küy salmazdılar". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorunun sözlərinə görə, ermənilərin "100 illik" gözləntiləri heç də onların istədiyi kimi zəfərlə bitmədi: "Onların "100 ilik" hazırlıqları ilə paralel olaraq türk dünyasının, Azərbaycanın, eləcə də Türkiyənin müxtəlif həqiqətlərin üzə çıxarılması istiqamətində daha çox uğurları oldu. Məsələn, dünya gördü ki, ermənilər türk xalqına qarşı Xocalı kimi dəhşətli bir soyqırımı törədiblər. Bu gün artıq bəllidir ki, dünyada türk və Azərbaycan həqiqətlərini tanıyan dövlətlərin sayı getdikcə artır. Erməni "soyqırımı"nın tanınması və qəbul olunması istiqamətində böyük dövlətlərin arenasında heç bir nəticə əldə olunmadı. Rusiyanın, Fransanın mövqeyi əvvəlcədən bəlli idi. Yeganə dəyişiklik Cənubi Kipr məsələsində baş verdi. Beləki bu dövlətin prezidenti saxta "soyqırımı" tədbirlərində iştirak etdi. Hesab edirəm ki, ermənilər qələbədən daha çox itkilərə məruz qaldılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB