Bəhruz Quliyev: "Biz bir olmalı və birgə mübarizə aparmalıyıq" YENİLƏNİB
"Ümumiyyətlə, dünya praktikasında da belədir, milli maraqlar prioritet təşkil edəndə, dövlətçilik məsələsi önə çəkiləndə iqtidar-müxalifət məsələsi bir kənara qoyulur. Hesab edirəm ki, bu gün biz də mövqeyimizi ortaya qoymalıyıq". SİA-nın məlumatına görə, bunu bu gün SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev "Bakı 2015" Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası "Qərbin ikili standartları: demokratiya və insan hüquqları" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
B.Quliyev bildirib ki, bəziləri Azərbaycana demokratiya dərsi verməyə çalışan ABŞ-da qaradərili insanın polis tərəfindən öldürülməsinin ölkə mətbuatında qabardılmasının əleyhinə çıxır və bunu doğru saymırlar: "Hesab edirəm ki, belə məsələlərdə mövqeyimizi birbaşa ortaya qoymalıyıq. Əgər Qərbdən Azərbaycan qarşı ikili standart tətbiq edilirsə Azərbaycan da mövqeyini birbaşa ortaya qoymalıdır. Bunların Azərbaycana qarşı iyrənc siyasi mübarizəsinə baxın, bildirirlər ki, Azərbaycanda itlər öldürülür, pişiklər yandırılır. Araşdırmalardan sonra məlum olub ki, bu hadisə heç Azərbaycanda baş verməyib. Heç olmasa mübarizəni aparanda araşdırsınlar ki, görək Azərbaycanda belə cinsdə it varmı, bu hadisə harada baş verib? Qərbi bu sual qətiyyən maraqlandırmır. Amma, ABŞ-da polis tərəfindən qaradərilinin öldürülməsi fonunda insan hüquqları pozulur. Əlində oyuncaq tapança olan qaradərili gənci ABŞ polisi öldürürsə, niyə biz bunu deməməliyik? Bu son deyil. Çünki, belə faktlar yüzlərlədir".
Qurum rəhbərinin sözlərinə görə, əgər dünyada Azərbaycana qarşı ikili standartlar mövcuddursa, biz buna qarşı öz mövqeyimizi sərgiləməliyik: "Bu gün ABŞ-da faktiki olaraq kütləvi mitinqlər, aksiyalar misli görünməmiş dərəcədə artıb. Mitinqlərdə ölüm halları adiləşib. Bu gün Böyük Britaniyanın özündə də insan haqları kütləvi şəkildə pozulur. Sərbəst toplaşmaq haqqında qanuna qarşı tədbirlərin ən sərt forması elə bu ölkədədir. Bundan başqa bloggerlər, internet istifadəçiləri kütləvi şəkildə həbs olunur. ABŞ-ın Baltimor şəhərində komendant saatı tətbiq edilib. Şəhərə qvardiya əsgərləri yeridilib. Vəziyyət dözülməz dərəcədə ağırdır. Bizə qarşı əsassız ittihamlarla təzyiq göstərməyə çalışan Qərbin özündə baş verənləri deməyə borcluyuq".
B.Quliyev vurğulayıb ki, artıq Azərbaycanı dünyaya daha geniş şəkildə təqdim etməyin vaxtı çatıb: "I Avropa Oyunları bizə imkan verir ki, Azərbaycan tam şəkildə dünyaya təqdim edək. Bu gün Azərbaycanın siyasətini, mədəniyyətini, iqtisadi inkişafını dünyaya təqdim etməyin zamanıdır. Eyni zamanda ölkəmizə gələn qonaqlara göstərilməlidir ki, Azərbaycan tolerant, demokratik, insan haqlarının ən yüksək səviyyədə qorunduğu ölkədir. Bunu etmək bizim borcumuzdur. Ümummilli məsələlərdə biz bir olmalı və mübarizəmizi birgə aparmalıyıq".
"Dəfələrlə Qərb Azərbaycan qarşı haqsız mövqe tutub. Bu gün Azərbaycana qarşı aparılan "qara piar" kampaniyası da yeni deyil. Paytaxtımızda keçirilən "Avroviziya" mahnı müsabiqəsində də ölkəmizə qarşı qaragüruh hücumları təşkil edilmişdi, ölkəmizin nüfuzunu gözdən salmağa çalışırdılar. Bununla bağlı Azərbaycana müxtəlif təxribatçı qruplar göndərilmişdi. Amma onlar öz istəklərinə nail ola bilmədilər. Çünki, biz lazımı məqamda bir olmağı bacardıq". – B. Quliyev vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB