Politoloq: “Növbəti dəfə əsl sifətlərini bəlli etməyə başlayıblar”
"Son günlər mediada Qərb və qərbyönümlü dairələrin Azərbaycanla bağlı məxfi planlarının olması barədə gedən yazılar, açıqlanan faktlar düşünürəm ki, kimsədə şübhə doğurmamalıdır. Od olmayan yerdən tüstü çıxmaz və ya Amerikanın, onun rəhbər şəxslərinin ikili standartlara, özünəməxsus "demokratiya" prinsiplərinə sahib olduğu artıq ortadadır". Bunu SİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev deyib.
E. Musayev deyib: "Odur ki, bütün təxribatlara hazır olmaq lazımdır. Necə deyərlər, düşmən ocaq başındadır. Onlardan nə desən gözləmək olar. Elə ancaq Con Kerrinin təlimatı və birbaşa rəhbərliyi ilə həyata keçirilən məlum prosesə və əldə olunan səhih faktlara nəzər yetirmək kifayətdir ki, Amerikanın müttəfiq, dost dediyi ölkələrə qarşı nə qədər qeyri – səmimi olduğunu müşahidə edək".
"Demək ki, ev sahibliyi edəcəyimiz Avropa Oyunları çoxlarını qıcıqlandırıb və narahat edib. Ona görə də pozuculuq fəaliyyəti işə düşüb. Yəni növbəti dəfə əsl sifətlərini bəlli etməyə başlayıblar. Azərbaycanla bağlı təxribatlar hazırlayırlar və deyim ki, bunu heç inkar da eləmirlər. Con Kerri kimilərinin ermənipərəst mövqeyi hamıya bəllidir. Belə olan halda isə bu adama həvalə olunan missiyaların da hansı təyinat üzrə yönləndiyini təxmin etmək olar. Fəqət arzuları ürəklərində qalacaq. Bu dövləti sarsıtmaq, zəiflətmək "conların" sahib olduğu gücə və boya adekvat deyil" - deyə, E. Musayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB