Sarkisyanın növbəti riyakarlığı

Sarkisyanın növbəti riyakarlığı

Ermənistan prezidenti Serj Sarkisyan Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) xarici işlər nazirinin Türkiyəni ziyarət etdiyində Atatürkün movzoleyinə çələng qoymasının onlara acı verdiyini qeyd edib. Bu fikirləri Sarkisyan rus televiziya proqramı olan "Pozner"ə qatılan zaman SSRİ-nin çökməsindən kədər duyursunuzmu? sualını cavablandırarkən deyib.

O, həmçinin Ermənistanı yeni qurulmuş dövlət və xalqı soyqırımdan keçirilmiş bir ölkə olaraq SSRİ dövründə ancaq özünə gələ bildiyini də qeyd edib: "Ermənistan çox keçmədən qısa müddətdə birlik içində qabaqda gedən respublikalardan biri oldu. Təbii o illərdə SSRİ xarici işlər naziri Türkiyəni ziyarət etdiyində Atatürkün movzoleyinə çələng qoyması bizə acı verirdi. Çünki o çələng bizim adımıza da oraya qoyulurdu".

Ermənistan prezidenti həmçinin soyqırımı haqqında da danışıb. Belə ki, o indiki Türkiyə rəhbərliyini soyqırımı etməklə cəzalandırmadıqlarını deyib: "Ancaq Türkiyə rəhbərliyi soyqırımını inkar edərək, o faciədə əli olduğunu etiraf etmiş oldu. Onları kürəyindəki bu yükdən xilas olmağa dəvət edirik".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə