Terror təşkilatların yaranma səbəbləri açıqlandı

Terror təşkilatların yaranma səbəbləri açıqlandı

Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo terror təşkilatlarının yaranması səbələrini açıqlayıb. SİA-nın xəbərinə görə, sabiq prezident bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edərkən bildirib ki, gənc, təhsilsiz və işsizləri tertor təşkilatıarına cəlb etmək daha asan olur: "Afrikada Boko Haram, Əl-Şabab kimi terror təşkilatların yaranmasının səbəbi budur. Münaqişə, yoxsulluq olanda isə insanlar yerlərini dəyişməyə, miqrasiya etməyə çalışırlar. Bu gün Avropanın qarşılaşdığı miqrasiya probleminin kökü də budur. Həmin miqrasiya edən insanların bir hissəsi Aralıq dənizində gəmilərin qəzaya uğraması nəticəsində həyatlarını itirirlər. Afrikada Nigeriya, Mali, Somali kimi ölkələrdə gənclər üçün iş yerləri vacib məsələdir. Gənclərin iş problemini həll etməsək, Aralıq dənizi afrikalılar üçün məzar olmaqda davam edəcək".

Demokratiyanın əhəmiyyətindən danışan Olusegun Obasanjo Nigeriyada son seçkilərin ədalətli olduğunu və yeni dövlət başçısının seçildiyini bildirib.

"Afrikanın gəncləri düşünürlər ki, xaricilər onların işlərini əllərindən alırlar, ona görə də xariciləri sevmirlər, ksenefobiya halları baş verir. Əgər yaxşı idarəçilik olmasa, seçkilər və nəticələri mənasız olacaq. Təhsilli gənclər də iş tapmasa, aldıqları diplomun mənası nə olacaq. Biz də buna imkan verməməliyik"- deyə, Nigeriyanın sabiq prezidenti əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə