Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə Azərbaycanın gənclər siyasəti və gənclər sektorunu təmsil edən nümayəndə heyətinin tərkibində Norveçin paytaxtı Oslo şəhərində təşkil olunmuş Norveç Gənclər Təşkilatlarının Milli Şurasının (LNU) İllik Toplantısında iştirak edir. SİA-nın məlumatına görə, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) dəvəti ilə səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində ARGTMŞ-ın sədri ilə yanaşı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov və "Bakı 2015" 1-ci Avropa Oyunları İcrayə Komitəsinin üzvü Sevinc Həsənova yer alır.
Norveçin 99 gənclər təşkilatını özündə birləşdirən Norveç Gənclər Təşkilatlarının Milli Şurasının (LNU) İllik Toplantısı çərçivəsində Saqene Beynəlxalq və Çoxmillətli Könüllülər Mərkəzində (SAİFF) Azərbaycan Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin qalibi olmuş "Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan həqiqətlərinin Skandinaviya ölkələrinə çatdırılması və təbliği" layihəsi çərçivəsində Azərbaycana dair sərginin açlışı keçirilib. Sərgi Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və NAYO-nun baş katibi Ramil Əliyevin açılış nitqi ilə açıq elan olunub. İştirak edən 99 gənclər təşkilatının nümayəndələrinə Azərbaycan gənclər siyasəti, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu,onun fəaliyyəti, eləcədə "Bakı 2015" 1-ci Avropa Oyunları haqqında məlumat verilib. İştirakçıların ətraflı məlumat əldə edə bilməsi üçün sərgidə Azərbaycan stendi tərtib olunub, iştirakçılara məlumat toplusu və promo materiallar təqdim olunub. Sərgi zamanı həmçinin iştirakçılara Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının fəaliyyəti və gənclər təşkilatları üçün yaratdığı imkanlarla bağlı məlumat verilib.
ARGTMŞ-ın sədri həmçinin Norveçin Gənclər, Bərabərlik və İnteqrasiya nazirinin mavini Kai Mortenin Azərbaycan nümayəndə heyəti ilə görüşündə iştirak edib. Görüş zamanı ölkələr arasında əməkdaşlıq məsələlərinə toxunulub və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB