"Hesab edirəm ki, qondarma "erməni soyqırımı"nın 100 illiyinin keçirilməsi Sarkisyan rejiminin öz siyasi arzularını reallaşdırması üçün atılan uğursuz addım deyil". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Politoloqun sözlərinə görə, Ermənistan bir dövlət kimi sayılmır: "Rəsmi Ankaranın Ermənistanın qapısında diz çökməsi mümkünsüzdür. Çünki Ermənistan bir dövlət kimi siyasi arenada sayılımır. Onlar sadəcə olaraq milçək kimi vızıldayırlar. Ola bilsin ki, aprelin 24-nə kimi işğalçı ölkənin vızıltısı daha da güclənsin".
R. Musabəyov əlavə edib ki, sadəcə olaraq Ermənistan iddia edir ki, "erməni soyqırımı" geopolitik resursdur: "Rəsmi İrəvanın hay-küy qaldırmasının əsas səbəbi, özlərinin azərbaycanlılara qarşı dünyanın gözü qabağında törətdikləri cinayəti, etnik-təmizləməni, insanların kütləvi şəkildə qırılmasını ört-basdır etməkdir. Bununla da onlar çalışırlar ki, özlərini yazıq kimi təqdim etsinlər. Bu cinayətlərə görə məsuliyyətdən yayınmaq isə əslində dünyadan yardım, dəstək istəməyə hesablanıb. Onların söhbəti tarix deyil, əksinə Azərbaycandan torpaq payı qoparıb onu rəsimləşdirməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB