İran: "ABŞ "İslam Dövləti"nə yardım edir" İTTİHAM

İran: "ABŞ "İslam Dövləti"nə yardım edir" İTTİHAM

"ABŞ-a Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr davamlı şəkildə İŞİD (İslam Dövləti) terrorçularının nəzrət etdikləri aeroportlara uçuşlar edir, onlara silah, qida, pul yardımı göstərir". SİA xəbər verir ki, "İTAR-TASS"ın yazdığına görə, bu ittihamı İran İslam Respublikasının (İİR) baş qərargahının rəisi, general-mayor Həsən Firuzabadi ölkə mətbuatına verdiyi açıqlamasında səsləndirib.

"Bizə kifayət qədər dəqiq məlumatlar çatır ki, Amerika təyyarələri "İD"-nə məxsus aeroportlara eniş və qalxışlar edir", - deyə "Fars" agentliyi də iranlı general-mayorun sözlərini qeyd edib.

İİR baş qərargahının rəisi həmçinin bildirib ki, ABŞ "İD"-yə silah, qida və pul yardımları göstərdikdən sonra bunu səhvən elədiyini və buna görə üzr istədiyini bəyan etməməlidir: "Amerikalılar sözdə deyirlər ki, onlar həqiqətən də "İD"-yə qarşıdırlar. İşə gələndə isə biz tamamilə başqa mənzərənin şahidi oluruq".

İranlı hərbi rəsmi ABŞ və Avropaya yönəlik proqnoz da irəli sürüb: "Artıq yaxın zamanlarda terrorizmin sərt dalğası ABŞ-ı və Avropanı bürüyəcək. Bu baxımdan, terrorçulara yardım göstərmək, nəhəng maliyyə yardımları göstərmək yerinə, bütün dünyanın insanları terrorla mübarizədə qətiyyətli olmalı, yaşamaq hüqunu müdafiə etməlidirdlər. Necə ki, hazırda "İD" dünyanın nə böyük silahlı terror təşkilatına çevrilib".

Firuzabadi sonda deyib ki, əgər ABŞ həqiqətən də iddia edirsə öz sözlərində haqlıdır, "İD"-nə qarşı mübarizə aparır, bu zaman onlar həmin təşkilatı qısa müddətdə məhv edə bilərlər və biz ümid edirik ki, Amerika və Britaniya hökumətləri "İD"-nə qarşı mübarizə aparacaqlar. Heç olmasa öz xalqlarının təhlükəsizliyini təmin etmələri üçün".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə