"Avropa Parlamentinin riyakar qətnaməsinə etirazımızı bildirməliyik" AÇIQLAMA

"Avropa Parlamentinin riyakar qətnaməsinə etirazımızı bildirməliyik" AÇIQLAMA

"Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıması ilə bağlı qəbul etdiyi qətnamə bir daha gostərdi ki, bu qurum ikili standartlardan əl çəkmir, hadisələrə öz mənafeləri naminə qiymət verir". Bu sözləri SİA-ya millət vəkili Rauf Əliyev açıqlamasında deyib.

Millət vəkili bildirib ki, hal-hazırda dünyanın bir çox yerində münaqişə ocaqlarinda hər gün minlərlə insan öz həyatlarını itirir, qəsəbə və kəndlər, şəhərlər yerlə- yeksan olur, milyonlarla insan öz doğma evlərini tərk etməyə məcbur olurlar.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarıni işğal etməsi barədə BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq Azərbaycanın 20 faiz torpaqları hələ də erməni qəsbkarlarının işğalı altındadır: "İşğal olunmuş torpaqlarda çoxlu sayda tarixi və mədəniyyət abidələri məhv edilib, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarını tərk etməyə məcbur olublar. XX əsrin əvvəllərində erməni daşnaq-bolşevik qrupları Azərbaycanın müxtəlif bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə, işgəncələrlə öldürüblər. Bu hadisələrin bariz nümunəsi Quba məzarlığıdır. Bu məzarlığı ziyarət edən müxtəlif ölkələrdən gələn nümayəndələr gördükləri mənzərədən dəhşətə gəlirlər. XX əsrin sonlarında bu hadisələr yenidən təkrarlandı. Xocalıda baş verən dəhşətli qətliam əslində soyqırım hadisəsidir .Bu soyqırım əməliyyatına rəhbərlik etmiş Ermənistanın indiki prezidenti Sarkisyan utanmadan bu əməlləri törətdiyini Avropalı deputatların qarşısında bəyan etmişdir. Bütün bunları Avropalı deputatlar çox sakit qarşılayırlar, elə bil ki heçnə olmayıb".

R. Əliyev qeyd edib ki, "qondarma soyqırım" məsələsi ilə bağlı Türkiyə tərəfi dəfələrlə hər iki dövlətin tarixçilərinin iştirakı ilə birgə komisiya yaradılmasını təklif edib: "Lakin Ermənistan tərəfi bu təklifləri qəbul etmir, çünki özləri də bilirlərki bu uydurulmuş "soyqırımı" tarixi faktlarla sübüt etmək mümkün olmayacaq. Elə düşünürəm ki, belə bir qətnamənin qəbul edilməsində bir neçə gün bundan öncə Roma Papasının yüksək din xadimi rütbəsi olan bir şəxsin öz çıxışında bu "qondarma soyqırım" ifadəsini işlətməsi də müəyyən rol oynayıb. Hesab edirəm ki, AP-nın bu fitnəkar qətnaməsi təkcə Türkiyə Respublıkasına qarşı yox bütünlükdə bütün Türk dünyasına qarşı yönəlib. Ona görə də hər birimiz AP-nin bu riyakar qətnaməsinə öz etirazımızı bildirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə