“Səslərini kəsib, yerlərində otursunlar” AÇIQLAMA

“Səslərini kəsib, yerlərində otursunlar” AÇIQLAMA

"Təəssüf edirəm ki, uzun müddət təcrübəsi olan insanlar bu məsələlərlə bağlı Azərbaycanın dövlət maraqlarına, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli keçmiş baş nazir olan Rəhim Hüseynovun yazdığı kitabda Xocalı soyqırımının eks-prezident Ayaz Mütəllibovla onun dövründə baş nazir olmuş Həsən Həsənov arasında yaranan qarşıdurma nəticəsində baş verməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, əgər kimin-kiminləsə şəxsi intriqası varsa, fəaliyyətini bəyənmirsə onunla bağlı istənilən fikrin səsləndirilməsi belə həqiqətə uyğun olmalı, ölkənin dövlət maraqlarına ziyan vurmamalıdır: "Ümumiyyətlə Xocalıda soyqırımı törədilib. Heç kimə sirr deyil ki, bu soyqırımı ermənilər həyata keçiriblər. Xüsusilə uydurma erməni soyqırımının 100-cü ildönümü ərəfəsində belə bir məsələnin gündəmə gətirilməsi hesab edirəm ki, ya xəstə təxəyyülün, ya da ermənilərə xidmət etməyin təzahürüdür. Əgər Ayaz Mütəllibov və yaxud digər bir şəxs öz fəaliyyətində qüsurlara yol veribsə, bütün bu qüsurlar heç bir halda ermənilərin Xocalıda həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasətinin üzərindən xətt çəkmir. Yəni bir fakt digər faktı təsdiqləmir. Hesab edirəm ki, söylənilən fikirlər dövlətə, millətə xəyanətdən başqa bir şey deyil. O adamlar siyasətdən gediblər və ölkənin siyasi arenasından kənara çıxıblar. İstər Rəhim Hüseynov, istərsə də Ayaz Mütəllibov bu ölkədən, millətdən yetərincə yararlanıblar. İndi onlar durub bu ahıl vaxtlarında absurd iddialarla çıxış edirlər. Bu şəxslər heç olmasa utansınlar və səslərini kəsib yerlərində otursunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə