"Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) gənclərin radikal dini təriqətlərdən qorunması istiqamətində gördüyü ən böyük iş dini maarifləndirmə, izahat, gənclərlə görüş, müzakirələr, ilahiyyatçi alimlər və gənclərlə birgə dəyirmi masalarının keçirilməsi, islami dəyərlərin gənclərə olduğu kimi çatdırılması, milli-mənəvi və islami dəyələrimizin qorunması zəruriliyinin izah olunması təşkil edir". Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, komitə mütəmadi olaraq universitetlərdə gənclərlə görüşlər keçirir: "Orada tələbələrlə bu məsələlər ətrafında söhbətlər aparılır. Əsas məqsəd radikal qruplara qoşulmuş və peşmançılıq keçirən vətəndaşlarımızın, xüsusilə gənclərimizin televiziyalar vasitəsilə fikirlərini çatdırmasıdır. Onlar bu yolla radikal qruplara qoşulmanın təhlükəli olduğunu gənclərlə bir daha çatdıra bilirlər. Bunlardan başqa gənclər dini maarifləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB