Mirhəsən Seyidov: “Gənclərimiz aktivlik nümayiş etdirirlər”

Mirhəsən Seyidov: “Gənclərimiz aktivlik nümayiş etdirirlər”

"Azərbaycanın beynəlxalq tədbirlərdə olan təcrübəsi yetərincədir. 2012-ci ildə də Avroviziya müsabiqəsinin keçirilməsi zamanı da biz bunun şahidi olduq". Bu sözləri SİA-ya açıqlamasında "İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Onun sözlərinə görə, hər bir beynəlxalq tədbirin uğurlu keçirilməsində könüllülər qrupların iştirakının böyük əhəmiyyəti var: "Gənclərin buradakı rolu çox vacibdir. Bu kimi beynəlxalq tədbirlərdə uğura aparan yol məhz könüllülük məsələsindən keçir. Ölkəmizə gələn xarici qonaqları qarşılayan gənc bu işə könüllü şəkildə yerinə yetirməli və gördüyü işin məsuliyyətini dərk etməlidir. Bizim gənclərimiz bu cür fəaliyyətlərdə aktivlik nümayiş etdirirlər. Artıq ayrı-ayrı qurumlar könüllülərdə bağlı müxtəlif kampaniyalara başlayıblar. Keçirilən bu cür tədbirlərdə iştirak edən gənclər həmin beynəlxalq tədbirin bir parçası olduğunun fərqində olmalıdır. Düşünürəm ki, könüllülər bu kimi tədbirlərdə fəal şəkildə iştirak etməklə yeni potensial, yeni imkanlar, yeni dostlar, yeni ətraf qazanmaqla yanaşı, ölkəsini ən azından bir neçə xarici ölkə vətəndaşına tanıtmaq imkanı əldə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə