AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun Bakıya səfəri gözlənilmədən təxirə salınıb. SİA-nın məlumatına görə, bu barədə AŞ PA-nın "Twitter"dəki səhifəsində qeyd olunur.
Səfər aprelin 8-9-na planlaşdırılıb.
Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramunt sonuncu dəfə bu il 2-3 mart tarixlərində Azərbaycanda səfərdə olublar. Səfərin məqsədi noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki siyasi vəziyyəti müzakirə etmək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB