Politoloq Prezidentin səfərini aktual edən məsələləri açıqladı

Mübariz Əhmədoğlu: “İranla “altılıq” arasında əldə olunan razılıqdan sonra regionda gedən prosesləri müzakirə etmək zəruridir”
Politoloq Prezidentin səfərini aktual edən məsələləri açıqladı

"Səəudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətlər ənənəvi yaxşı münasibətlərdir. Səəudiyyə Ərəbistanı məhz Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Ermənistanla diplomatik əlaqələr qurmayıb", Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Səəudiyyə Ərəbistanına səfərini şərh edərkən SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, "Səəudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətlər iki dövlətin, iki xalqın dost münasibətləri səviyyəsindədir: "Yəni, Azərbaycan Səəudiyyə Ərəbistanının daxili işlərinə qarışır. Eyni zamanda Səəudiyyə Ərəbistanı da Azərbaycanın daxili, dini və digər məsələlərinə dövlət səviyyəsində qarışmayıb".

Politoloq qeyd edib ki, hazırda dünyada çox qəliz proseslər gedir: "Ən azı üç məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Səəudiyyə Ərəbistanına səfərini aktual edir. Birinci, çox böyük ehtimalla Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Məkkəni ziyarət etməsi, ikinci, Səəudiyyə Ərəbistanın yeni kralı ilə münasibətlərin yaxşı olması, üçüncü İranla "altılıq" arasında əldə olunan razılıqdan sonra regionda gedən prosesləri müzakirə etmək".

Politoloq qeyd edib ki, İran Azərbaycanın qonşu dövləti olsa da, təəssüf ki, Dağlıq Qarabağ məsələsində bu illər ərzində Azərbaycana kömək etməyib. İndi də İranın "altılıq"la gedən danışıqlarından sonra hiss olunur ki, Ermənistan tərəfində xüsusi canlanma yarada biliblər. Hesab edirəm ki, Yəmən hadisələri, "altılıq"la İran arasında gedən danışıqların nəticələri kimi məsələlər Səəudiyyə Ərəbistanı və Azərbaycanla əvvəllərdə müzakirə olunub. İndi "altılıq"la İran arasında gedən danışıqlar müəyyən mərhələyə gəlib çatıb. Ona görə də hesab edirəm ki, Səəudiyyə Ərəbistanı və Azərbaycanın ümumi məsləhətləşmələrə ehtiyac var. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Səəudiyyə Ərəbistanına səfərini çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, vaxtında atılmış addımdır. Eyni zamanda Səəduiyyə Ərəbistanında Azərbaycana göstərilən münasibət göstərir ki, iki dövlətin bir-birinə yaxşı münasibətləri qarşılıqlıdır".

"Səəudiyyə Ərəbistanına yeni kralın rəhbərlik etdiyini diqqətə çatdıran Mübariz Əhmədoğlu deyib ki, bu ölkənin rəhbəri ilə tanışlıq indiki dövr üçün vacib məsələlərdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə