"Yəməndə koalisiya qüvvələrinin quru qoşunlarının hərbi əməliyyatlara başlaması problemin həllinə yardımçı ola bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ədən şəhərinin Husilərin əlinə keçməsinə baxmayaraq, bu müvəqqəti qələbədir. Çünki hərbi aviasiyanın hava zərbələrinə və quru qoşunlarının hücumuna husilər tab gətirə bilməz: "Husilərin qüvvələri o qədər də böyük deyil. Mənim fikrimcə Səudiyyə Ərəbistanı və Misir kimi iri dövlətlər koalisiya yaradaraq bu məsələyə qarşı birlikdə mübarizə aparırlarsa, bu problem çox tez bir zamanda öz həllini tapacaq. Rusiyanın burada iştirakı isə simvolik xarakter daşıyır. İran əvvəldən prosesdə iştirak etsə də, Rusiya yalnız texniki yardım etməklə kifayətlənir. Rusiyaya sadəcə öz texnikasını satmaq üçün bazar lazımdır. İran isə canlı qüvvəsi, təlimatçıları və ideologiyası ilə bu mübarizəyə qoşulub. Mənim fikrimcə Rusiyanın iştirakının İrana heç bir dəstəyi olmayacaq, İran isə tək başına bu məsələdə heç bir uğur qazana bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB