Akif Nağı: “Fransa prezidentini Bakıda qəbul etmək lazım deyil” AÇIQLAMA

Akif Nağı: “Fransa prezidentini Bakıda qəbul etmək lazım deyil” AÇIQLAMA

"Ümumiyyətlə heç vaxt ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutmayıblar". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

QAT sədrinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri birmənalı şəkildə ermənipərəst mövqedə olublar: "Təbii ki, bu da növbəti dəfə onun təsdiqidir. Ümumiyyətlə onlara inanmağın mənası yoxdur. Hesab edirəm ki, qondarma erməni soyqırımının ildönümü ilə bağlı Rusiya və Fransa prezidentinin Ermənistana gedəcəyi və orada sərgiləyəcəyi mövqe Azərbaycan xalqına, dövlətinə bir təhqirdir. Hətta Fransa prezidentini Bakıda qəbul etmək belə lazım deyil. Çünki bu dövlət açıq şəkildə öz mövqeyini göstərir və Ermənistana şərik çıxır. Belə olan təqdirdə axı onlardan nə gözləmək olar? Bu mənada hesab edirəm ki, onların "xidmətindən" imtina etməyin vaxtı artıq çatıb".

Bütün xəbərlər Facebook səhifəmizdə