Elşən Musayev: “Yeni adrenalin axtarırlar”

Elşən Musayev: “Yeni adrenalin axtarırlar”

""Milli Şura" adlanan mənasız qurumun 5 aprel tarixinə planladığı mitinqin Müsavatla rəqabətdən doğan addım, yoxsa xaricdən gələn təlimat olduğunu yalnızca Əli Kərimlinin özü, onun əl oyuncağı Cəmil Həsənli və əl altıları bilir". Belə bir fikri SİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.

Onun sözlərinə görə, amma bütün hallarda dəqiq olan budur ki, həmin sifariş xalqdan gəlməyib, sosial xarakterli deyil və vətəndaşların mənafeyini, arzusunu, mövqeyini, istəyini ifadə etmir: "Sadəcə havalar qızıb deyə bunlarda da bir bahar oyanışı baş verib. Yəqin evdə, kompyuter monitoru arxasında oturub çox paslanblar. Özləri üçün yeni adrenalin axtarırlar. Üstəgəl, güman ki, pulları da azalıb. Ciblərini, kisələrini doldurmaq üçün yeni - yeni insanları öz oyunlarına cəlb eləmək, onları qanunsuz işlərə sövq etdirib həbslərə yollamaq, sonra beynəlxalq aləmə "haqqımız pozuldu" – deyə car çəkmək, daha sonra isə bunun müqabilində iri – iri qrantlara nail olmaq lazımdır. Başqa səbəb yoxdur".

E. Musayev deyib ki, sadəcə Əli Kərimli və Cəmil Həsənli bu oyunbazlıqları o qədər primitiv şəkildə edirlər ki, artıq ən ağılsız adam da onların fitnəsinə uymur: "Hər halda dediyim kimi olmasaydı radikal müxalifət adlanan kəsimin son keçirmiş olduğu mitinqə üst - üstə jurnalistlərdə daxil olmaqla min adam toplaşmazdı. Odur ki, 5 aprel aksiyasının da eyni şəkildə fiaskoya uğrayacağını düşünürəm. Çünki Azərbaycan xalqı öz seçimini çoxdan edib. Ölkə vətəndaşları öz Prezidentinin yürütdüyü siyasəti bəyənir və ona dəstək verir".

Bütün xəbərlər Facebook səhifəmizdə