Əli Həsənov Küveytə gedir

Bu il martın 31-də Küveyt şəhərində Suriya üzrə Üçüncü Donor Konfransı keçiriləcək. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfransda iştirak etmək üçün Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti martın 29-dan aprelin 1-dək Küveyt şəhərində rəsmi səfərdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə