Bu gün Azərbaycan Respublikası Prezidentinin 18.03.2015-ci il tarixdə imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən icra edilib. SİA-nın məlumatına görə, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq onları əfv edib.
Sərəncama görə, 101 nəfər əfv olunub. 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işlərindən, 7 nəfər cərimə cəzasından azad edilib.
18 mart 2015-ci il tarixdə sayca 59-cu olan Əfv barədə Sərəncamın icrası Ədliyyə nazirliyinin məsul işçilərinin, Penitensiar xidmət rəhbərliyinin, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai komitə üzvlərinin, Ombudsman aparatının, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarından ibarət yaradılmış qruplar Əfv barədə Sərəncamın əhatə dairəsində olan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, Prezident Sərəncamının təxirəsalınmadan icrasını təmin ediblər.
Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklər. Natiqlər Prezident İlham Əliyevin bu humanist addımını alqışlayıblar. Onlar dövlət başçısının Novruz bayramı günü ərəfəsində yüzlərlə ailəni sevindirdiyini dilə gətiriblər.
Əfv edilmiş şəxslərə cəzadan azad olunma haqqında arayışlar təqdim edilib, onlara yardımlar göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə aidiyyəti təşkilatlara müvafiq məlumatlar verilib.
Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları Novruz bayramı günündə Prezident İlham Əliyevin bu humanist addımını yüksək dəyərləndirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Əfv olunanlar arasında "siyasi məhbus" hesab edilən cəmi bir neçə nəfər (Bəşir Süleymanlı, Orxan Eyyubzadə) var.
Eyni zamanda, bu yaxınlarda azadlığa buraxılmış Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyev də əfv olunub. Onlar Şəmkir rayon icra hakimiyyəti başçısı Aslan Aslanovun oğlunu öldürməkdə günahlandırılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB