"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli bayramımız olan Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamını imzalayacağı gözlənilən idi. Çünki, bayramlar ərəfəsində ölkə başçısının əfv sərəncamları imzalanması bir ənənə halını alıb". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev vurğulayıb ki, ölkə başçısı tərəfindən atılan bu addım yüksək humanizmin, öz vətəndaşına olan münasibətin nümayişidir: "Biz gözləyirdik ki, ölkə başçısı İlham Əliyev hər il olduğu kimi bu Novruz bayramı ərəfəsində də həbsdə olan bir çox vətəndaşımız sevindirəcək, ailələrinə qovuşması üçün sərəncam verəcək. Bu artıq baş verdi. İnsan Haqları üzrə Birgə İşçi Qrupu bu istiqamətdə bir sıra təkliflər verib. Ümid edirəm ki, həmin təkliflər ölkə başçısı tərəfindən nəzərə alınıb. Çünki, bundan əvvəlki sərəncamda da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İnsan Haqları üzrə İşçi Qrup, İnsan hüquqları müdafiə təşkilatları, Ombudsman tərəfindən verilən təklifləri diqqətə aldığını sərəncamda qeyd edib. Ümid edirəm ki, ölkə başçısı bu sərəncamda da edilən müraciətləri diqqətə alıb və çoxsaylı insana öz ailələrinə qovuşmasına şərait yaradıb. Buna görə də cənab Prezident İlham Əliyevin bu addımını alqışlayırıq. Azadlığa çıxacaq hər bir kəsi də bir daha həbsxana həyatına geri dönməməyi, ölkəmizin inkişafı naminə çalışmağı arzu edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB