“Ermənistan bu tədbirləri geniş miqyasda keçirə bilməyəcək”

“Ermənistan bu tədbirləri geniş miqyasda keçirə bilməyəcək”

"Ermənistanın qondarma soyqırımının 100-cü il tədbirlərinə dəvət etdikləri rəsmilərin hamısının gələcəyi ehtimalı az olsa da, gələnlər əlbəttə olacaq". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.

H. Cabbarlı qeyd edib ki, Ermənistan bu tədbirləri planlaşdırdığı qədər geniş miqyasda keçirə bilməyəcək: "Bu prosesdə müəyyən problemlərlə qarşılaşacaq. Amma bütün hallarda bu tədbir baş tutacaq və Türkiyə bundan narahat olacaq. Böyük bir ehtimalla Ermənistan təbliğat fəaliyyətində yeni üsul və imkanlardan istifadə etməyə çalışacaq ki, bunların başında qondarma erməni soyqırımından bəhs edən bədii film çəkilişləri ola bilər. Belə ki, türk əsilli rejissor Fatih Akının qondarma erməni soyqırımından bəhs edən "Kəsik" adlı bədii film çəkməsi dünyada müəyyən rezonansa səbəb olmuş və Akının iştirakı ilə Ermənistanda nümayiş etdirilmişdi. Bu filmin Ermənistandakı premyerasında prezident Serj Sərkisyan da iştirak etmişdi".

Mərkəz sədri qeyd edib ki, xüsusilə son illərdə Ermənistanın Türkiyədəki təbliğat fəaliyyəti müəyyən nəticələr verir: "Türkiyədə bəzi qeyri-hökumət dairələri tərəfindən qondarma erməni soyqırımı ilə bağlı səsləndirilən anti-türk açıqlamalar erməniləri psixoloji olaraq bir neçə addım önə çıxarıb. Ermənistan Türkiyəyə qarşı təbliğat fəaliyyətində etnik qrupların nəzarətində olan insan haqları təşkilatları və qeyri-hökumət təşkilatlarından səmərəli şəkildə istifadə edir. Bu təşkilatlarla birgə fəaliyyətin uğurlu nəticələrini, xüsusilə, son illərdə daha çox müşahidə etmək mümkündür. Belə ki, "Türkiyə İnsan Haqları Birliyi", "Asurilərin Dostluq və Mədəniyyət Birliyi Platformsı" və "Can" sosial-siyasi araşdırmalar mərkəzi 24 apreldə Türkiyənin Çanaqqala qələbəsinin 100-cü ildönümü tədbirlərini keçirməsinə və dünya liderlərinin bu tədbirə dəvət edilməsinə qarşı çıxaraq, dünya liderlərini Türkiyəyə deyil, Ermənistana gedərək qondarma erməni soyqırımının 100-cü ildönümü tədbirində iştirak etməyə səsləyiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə