Elçin Mirzəbəyli: “Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”
"Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə prezidentlərin növbəti görüşünün təşkil olunması üçün ilk növbədə hər iki ölkənin xarici işlər nazirlərinin görüşünə ehtiyac var. İndiki şəraitdə ehtimal edilən görüşdə hər hansısa bir irəliləyişin əldə olunacağını söyləmək çox çərindir". Bu sözləri SİA-ya açıqlamasında, politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe eyni zamanda bir sıra beynəlxalq təşkilatların, o cümlədən münaqişədə vasitəçilik missiyası yerinə yetirən həmsədr ölkələrin Ermənistana təzyiq göstərməməsi nəticəsində münaqişənin həlli yolunda hansısa irəliləyişin olacağını gözləmək sadəlövhlük olar: "Hazırki şəraitdə vasitəçi dövlətlər və işğalçı ölkə daha çox "status-kvo"nun qorunub saxlanılmasında maraqlıdır. Bu səbəbdən də indiki şəraitdə prezidentlərin ehtimal oluna görüşündən münaqişənin həlli istiqamətində hər hansısa irəliləyiş gözləmək düzgün deyil. İrəliləyişin olması üçün ilk növbədə oxşar hallarda tətbiq olunduğu kimi bu ölkəyə də müvafiq sanksiyalar tətbiq olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB