Səxavət Əlisoy: “Müxalifətin birləşməsi qeyri-ciddi görünür” AÇIQLAMA

Səxavət Əlisoy: “Müxalifətin birləşməsi qeyri-ciddi görünür” AÇIQLAMA

"Ümumiyyətlə indiki məqamda müxalifətin birləşməsi qeyri-ciddi görünür". Bunu SİA-ya sabiq müsavatçı, Azərbaycan Demokratiya və Rifah hərəkatı (ADR) təşkilat komitəsinin üzvü Səxavət Əlisoy müxalifətin daxilində partiyaları birləşdirməyə cəhd edənlərə münasibət bildirərkən deyib.

Səxavət Əlisoyun sözlərinə görə, müxalifət adətən seçkiləröncəsi birliyə can atır: "Əvvəllər parlament və prezident seçkilərində bu birliklər baş tutmuşdu. İndiki məqamda isə partiyalar birləşməyə meyl göstərmirlər. Yalnız kiçik – sədrindən, qovluğundan ibarət olan partiyaların birləşməsi ehtimalı daha böyükdür. Təbii ki, onlarda gündəmdə qalmaq istəyirlər. Ancaq aparıcı siyasi partiyaların bir-birinə olan "düşmən" münasibəti imkan vermir ki, onlar birləşsinlər. Bu pərakəndəlik bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində özünü göstərəcək. Fikrimcə, seçkiyə bir neçə ay və yaxud bir ay qalmış ola bilsin ki, bəzi siyasi partiyalar artıq ümidsizlik nəticəsində birləşməyə meyl göstərsinlər".

ADR təşkilat komitəsinin üzvü bildirib ki, burada söhbət tək müxalif partiyalardan getmir: "Söhbət yalnız müxalif partiyalarının başında dayanan şəxslərdən gedir. Çünki müxalifət partiyalarının başında dayanan şəxs o partiyanın sahibidir".

Bütün xəbərlər Facebook səhifəmizdə