"Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunlarının bütün dövlətlər tərəfindən dəstəkləməsini gözləmək sadəlövhlük olar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.
Onun sözlərinə görə, olimpiya oyunlarını baykot etmək istəyən ölkələr əsasən erməni lobbisinin aktiv fəaliyyət göstərdiyi dövlətlərdir: ""Amnesty İntenational"" kimi təşkilatların bu kimi çağırışları heç də təsadüfi deyil. Biz bu kimi təşkilatların anti-Azərbaycan xarakterli bəyanatlarına alışmışıq. Həmin dırnaqarası təşkilatların yeganə gəlir mənbəyi də məhz böhtan xarakterli bəyanatlar yaymaqdan ibarətdir. Ədalətsiz hesabatlar yayan bu kimi təşkilatların kurasiyası şər-böhtan xarakterli addımlara bağlıdır. "Amnesty İnternational" təşkilatı hər zaman radikal müxalifətin mövqeyindən çıxış etməyə çalışıb. Son günlər Hollandiya da baykot məsələsinə qol qoyub. Bunun da yeganə səbəbi erməni lobbisinin bu ölkədə aktiv fəaliyyət göstərməsi ilə bağlıdır. Mən hətta bu kimi addımları erməni lobbisinin fəal olduğu digər dövlətlərdən də gözləyirəm. Bir sözlə baykot xarakterli bəyanatların yayılmasında iki səbəb var. Birinci səbəb erməni lobbisi ilə bağlıdır. İkinci səbəb isə bu gün radikal müxalifət təmsil edən "Milli Şura", konkret olaraq Əli Kərimli ilə əlaqədardır. Çünki radikal müxalifətin bir çox nümayəndəsinin erməni lobbisinin fəal olduğu ölkələrlə birbaşa əlaqələri mövcuddur. Ancaq tam əminəm ki, bu kimi addımlar günü-gündən inkişaf edən güclü və qüdrətli Azərbaycana heç bir mənfi təsir göstərə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB