Musa Qasımlı: “Castin MkKartinin yazdıqları yeni bir şey deyil” AÇIQLAMA

Musa Qasımlı: “Castin MkKartinin yazdıqları yeni bir şey deyil” AÇIQLAMA

"Soyqırımını ermənilər türklərə və digər müsəlman əhaliyə qarşı törədiblər". Bunu SİA-ya AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı ABŞ-ın Luisvill Universitetinin professoru Castin MkKartinin 1915-ci il soyqırımının türklər deyil, məhz ermənilər tərəfindən törədilməsinə dair yazdığı əsərə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Castin MkKartinin yazdıqları yeni bir şey deyil: "O, bir neçə 10 il əvvəl türk və ingilis dillərində yazdığı əsərlərində soyqırımın türklər deyil, məhz erməni dəstələri tərəfindən törədildiyini arxiv materialları əsasında yazıb. Castin MkKartinlə bir neçə beynəlxalq konfransda, paneldə birlikdə məruzə etmişik. O, region tarixini yaxşı bilən arxivlərdə işləmiş bir tədqiqatçıdır. Qeyd edim ki, ermənilərin türklərə, azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı törətdiyi soyqırımı yazan təkcə Castin və onun xanımı Karolin MkKartinlər deyillər. ABŞ-da bir neçə belə tarixçi var. Ümumiyyətlə erməni soyqırımı deyilən bir şey olmayıb. Soyqırımı ermənilər türklərə və digər müsəlman əhaliyə qarşı törədiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə